7News.az xəbər verir ki, Rusiyanın hərbi kəşfiyyat xidməti olan QRU-nun (GRU) rəhbərliyi altında təşkil edildiyi ehtimal olunan, pilotsuz uçuş aparatları istehsalçısına qarşı təxribat cəhdindən sonra Estoniya, 1 dekabr tarixindən etibarən Rusiya ilə bütün sərhəd keçid məntəqələrini bağlamaq qərarına gəlib. Sözügedən təxribat cəhdi ilə əlaqəsi olan səkkiz nəfər saxlanılıb.








