Keniyada təriqət lideri 191 nəfərin ölümünə görə 200 il müddətinə azadlıqdan məhrum edilib
7News.az xəbər verir ki, Keniyada ardıcıllarını ac qalmaqla cənnətə gedə biləcəklərinə inandıran təriqət lideri Paul Makkenzi, 191 nəfərin ölümünə görə 200 il müddətinə həbs cəzasına məhkum edilib. Ölənlər arasında 190 uşağın da olduğu bu işdə, qurbanların böyük əksəriyyətinin aclıqdan öldüyü müəyyən edilib.