RU
12:10
282

"Gündəmdə başqa dəyərlər görmək istəyirəm" - Xanbabayeva gileyləndi

Xalq artisti Zülfiyyə Xanbabayeva son günlər gündəmdən düşməyən məsələlərə münasibət bildirib. 

 
7News.Az-ın məlumatına görə, müğənni hazırda yayılan videolardan, xəbərlərdən gileylənib:

"Gündəmə baxıram... Başqa dəyərləri görmək istəyirəm. Tanrının bizə bəxş etdiyi bu gözəl həyatın dəyərini bilənləri görmək istəyirəm. 

Həyat çox gözəldir. Gözəllikləri yaradanları və onu görənləri, yaxşılıq edənləri, dəyərini bilənləri görmək istəyirəm... Həyatı sevgidolu, düzgün əməllərlə yaşayanları görmək istəyirəm. Sevməyin özünü sevənləri görmək istəyirəm".

Qeyd edək ki, son günlər 3 qızın çılpaq videosu gündəmdədir.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ