RU
Hörmüz boğazında iki neft tankerində güclü partlayış baş verib
11:30
25

Hörmüz boğazında iki neft tankerində güclü partlayış baş verib

Hörmüz boğazında iki neft tankerində dəniz minalarına düşmə nəticəsində güclü partlayış olub.

Bu barədə SEPAH Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, partlayışlar bir neçə saat ərzində davam edib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin bildirdiyinə görə, hər iki tanker ABŞ hərbi təyyarələrinin dəstəyi və zabitlərinin birbaşa idarəçiliyi ilə Hörmüz boğazının icazəsiz cənub marşrutu ilə keçməyə cəhd edərkən dəniz minalarına düşüb.

Məlumatda qeyd olunub ki, dünəndən indiyədək Hörmüz boğazında alova bürünərək batan tankerlərin sayı altıya çatıb.

SEPAH Hərbi Dəniz Qüvvələri partlayışlar nəticəsində yaranan çirklənmənin Hörmüz boğazının bütün sularına yayıldığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ