"Orxanın toyunda Əli Mirəliyev orada yox idi. İlhamə Quliyeva "Şərəf ordeni" aldı. Onun üçün bir tədbir etdi. Gördünüz orada Əli Mirəliyevi? Mən şəxsən 16 ildə onu İlhamə xanımın həndəvərində belə görməmişəm. Bu gün Əli Mirəliyev medianın yaratdığı bir "person"dur. O vaxt İlhamə Quliyeva 200 min dollar vermişdi sizə. Onda niyə Əli Mirəliyevə vermirdi saxlasın, apardı Flora Kərimovanın qohumuna (Cavanşir Məmmədov) verdi bu pulu. Niyə Flora Kərimovanın qohumuna 200 min dollar verdi, amma öz doğma qohumuna vermədi bu pulu saxlamağa?"
Bu sözləri "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) Əli Mirəliyevin İlhamə Quliyevayla bağlı son çıxışını şərh edərkən deyib.
Tolikin "200 min dollar" söhbətini əməkdar artist Cavanşir Məmmədov təsdiq edib:
"200 min pul məndə iki ay qaldı. O evdən biz bayıra çıxmadıq ki, birdən yanğın olar, oğru gələr, əmanətdir. Evdən iki ay nə uşaqlar, nə yoldaşım heç bir yerə getmədik".

Xatırladaq ki, Əli Mirəliyev özünü mərhum xalq artisti İlhamə Quliyevanın taxt-tacına namizəd görənlərə "Nə qoyub, nə axtarırsınız, ay bədbəxtlər? İlhamənin yeri sizlik deyil, o yer boş qalacaq. Heç kim İlhamənin addımını ata bilməz. Nə gəldi oxuyurlar, nə gəldi deyirlər. Belə olmaz... Gic xəyallara düşən insanlar, İlhamə Quliyeva illərini verib bu sənətə. Hər kəs öz işi ilə məşğul olsun. O yerdə yalnız bir şəxs əyləşə bilər, o da Flora Kərimovadır. Çünki onun haqqı var və o, Azərbaycanda çox böyük müğənnidir. Mən onu nömrə 1 sayıram. İlhamə də nömrə 2 idi" sözləri ilə sərt reaksiya vermişdi./milli.az
7News.Az








