RU
İlkini qınadılar:
13:40
314

İlkini qınadılar: "Keyfiyyətli seriallara baxıb, bizə Şəmi ilə Şöşünü hazırlayırsınız" - FOTO

Tanınmış aparıcı İlkin Həsəni sosial şəbəkə paylaşımına görə qınanıb.

7News.Az bildirir ki, son günlərin ən çox izlənilən serialı olan, reytinqləri alt-üst edən "Çernobıl" haqqında şəxsi Facebook hesabında status yazan İlkin Həsəni müzakirələrə yol açıb.

Onun ekran işi barədə tərifli sözlər yazmasından qıcıqlanan izləyicilərdən biri "Deməli belə filmlərə, seriallara da baxırsınız, amma bizə Şəmi ilə Şöşünü hazırlayırsınız" deyə, gileylənib.

Müzakirələr də, elə bu şərhdən sonra genişlənib. İzləyicilər İlkini dəstəkləyənlər və onu qınayanlar olmaqla iki yerə bölünüblər. İlkini qınayanlar çoxluq təşkil edib./milli

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ