Ömür Gediklə kürk polemikasına girən türkiyəli ifaçı Bülent Ersoya aktrisa Şevval Sam da sərt reaksiya verib.
7News.Az axşam.az-a istinadən bildirir ki, "Yasak elma" serialının aktrisası jurnalistlərin suallarını cavablandırarkən maraqlı açıqlamalar verib:
"Bundan 20 il öncə ət və toyuq yeməkdən imtina etmişəm. Kürklərin necə əldə edildiyi ilə bağlı video izləmişəm. Heyvanların dərilərini diriykən soyurlar, başlarına mismarlı alətlərlə vurub öldürürlər. İnsanın utanacağı bir şey olmalıdır".
Qeyd edək ki, Bülent Ersoy illərdir heyvansevərlərin sərt reaksiyası ilə üzləşsə də, kürk geyinməkdən vaz keçmir.
7News.Az








