"Instagram” istifadəçiləri üçün yeni funksiyanı istifadəyə verib.
Artıq platformada çəkilən şəkilləri "şipşak” formada paylaşmaq mümkündür.
Bu fotolar izləyicilər tərəfindən yalnız bir dəfə görülür və daha sonra avtomatik olaraq silinir.
Yeni xüsusiyyət istifadəçilərə gündəlik anlarını daha sürətli və məxfi şəkildə paylaşmaq imkanı yaradır.








