RU
11:40
573

"Kainat gözəli - 2017" müsabiqəsinin qalibi müəyyən olundu

Cənubi Afrika Respublikasından (CAR) olan model Demi-Li Nel-Piters Las-Veqasda keçirilən "Kainat gözəli-2017" yarışmasının qalibi olub.

7news.Az Report-a istinadən xəbər verir ki, Nel-Piters dünyanın ən nüfuzlu gözəllik yarışmasının tacına müxtəlif ölkələri təmsil edən 91 iştirakçı arasından seçilib. İkinci yeri Kolumbiya gözəli Laura Qonzales, üçüncü yeri isə Yamaykadan olan Davina Bennet tutub.

Qeyd edək ki, CAR sonuncu dəfə bu yarışmada 1978-ci ildə qalib gəlmişdi.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ