RU
14:25
298

"Küçədə ana-bacılarımızın, yaşlıların yanında söyüş söyəndə..." - Aparıcı Turan - VİDEO

Tanınmış aparıcı, jurnalist Turan İbrahimli sosial şəbəkə istifadəçilərinə video-müraciət ünvanlayıb. 

7News.Az xəbər verir ki, aparıcı müraciətində küçədə söyüş söyən kəsləri kəskin pisləyib:

"Namus, ar bizim üçün dəyərlidir. Söyüşə qarşı mənfi reaksiya göstəririk. Küçədə ana-bacılarımızın, yaşlıların yanında söyüş söyəndə həmin an reaksiya veririk. Dava-dalaş olur. Hətta qan tökülür. Hal-hazırda sosial şəbəkələr gündəmdədir. Müzakirələr orada aparılır. Bəzən müzakirələrə müxyəlif insanlar qoşulur. Hətta müzakirələr analarımız, bacılarımız, böyüklərimiz qoşulur. Müzakirə zaman söyüş söyənlərin sayı çoxalır. Küçədə söyüş söyənlərə həmən reaksiya verən biz sosial şəbəkələrdə ana-bacılarımızn yanında söyüş söyənlərə dözümlü olmuşuq. Müzakirələrimiz, reaksiyalarımız virtuallaşdı. Namusumuz, qeyrətimiz, ar hisslərimizdə virtuallaşıb ayaqlar altına düşdü?". 


 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ