2013 "Cannes” film festivalında mükafata laiq görülən "Blue is the warmest color” filminin çəkiliş meydançasında iki aktrisanın rejissor tərəfindən cinsi istismar olunduğu iddia edilib.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, rejissor Abdellatif Kechiche aktrisa Lea Seydoux və Adele Exarchopoulosu cinsi istismar etməsi haqqındaki xəbər gündəmi zəbt edib.
"Blue is the warmest color” filmi 2 qadının bir-birinə olan sevgisindən bəhs edir və filmdə 7 dəqiqəlik sevişmə səhnəsi var.
İddialara görə, həmin səhnənin çəkilməsi 10 saatdan çox vaxt alıb və rejissor baş rolu ifa edən aktrisaları cinsi istismar edib.
Qadın aktrisalar filmin çəkilişləri zamanı 10 gün çılpaq gəzmək məcburiyyətində qalıb.











