RU
Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?
10:50
475

Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?

Bu günlərdə Rusiya mətbuatında məşhur müğənni Filipp Kirkorovun 2017-ci ildə Mahaçqalada keçirilmiş konsertində terror aktı hazırlayan 4 nəfərlə bağlı məlumatlar yayılıb.

7News.Az Publika.az-a istinadən xəbər verir ki, terror aktı planlaşdıran şəxslərdən biri Azərbaycan vətəndaşıdır.

Belə ki, araşdırmalar zamanı məlum olub ki, terrorçu qrupun tərkibində yer alan Samir İbrahimov Azərbaycan vətəndaşıdır və ölkəmizin hüquq-mühafizə orqanları vasitəsi ilə beynəlxalq axtarışa verilib.

Radikal dini təriqətlərdən birinə mənsub olan Samir xarici ölkə ərazisində qeyri-qanuni silahlı dəstələrə qoşulduğu üçün onun barəsində cinayət işi açılıb və axtarışa verilib. Daha sonra isə o, Dağıstan ərazisində tutulub.

https://www.bizimyol.info/az/wp-content/uploads/2019/03/2019-03-19_202750-110x75.jpg 110w" sizes="(max-width: 629px) 100vw, 629px" style="padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; border-style: initial; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block; opacity: 1; transition: all 0.4s ease-in-out 0s;" />

Məlumata görə, Samir İbrahimovla birgə İŞİD terror təşkilatının üzvləri: Xıdırnəbi Kazuyev, Həbibulla Xalduzov və Şamil Maqomedov da tutulub.

Xıdırnəbi Kazuyev istintaqa ifadəsində bildirib ki, onların məqsədi tamaşaçıları deyil, məhz Kirkorovu öldürmək olub: "Əslində Kirkorovu öldürmək istəyirdik, lakin qərarımızdan vaz keçdik, daha çox insanın həlak ola biləcəyindən ehtiyatlandıq”.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ