7NEWS.az xəbər verir ki, Murad Arif öz rəsmi səhifəsində son trekinin yayımı ilə bağlı yaranan problemlərə aydınlıq gətirib. Sənətçi, həmçinin, 1 iyul 2019-cu il tarixdə "Mənə sən lazımsan" mahnısını öz rəsmi youtube səhifəsinə yerləşdirəcəyini deyib: "Aprel ayının sonlarında hazır olan mahnımı götürüb apardım rejissor dostuma... Problemlər oldu, komanda işi ləngitdi... məsələ uzandı... qəlizləşdi... təxirə salındı... işə başlanılmadı... qaldı.... Klip çəkilmədi!
Mahnı radiolarda, digital platformalarda olsa da, xalq Youtubdan tələb edirdi treki... Baxıram ki, mahnını məclislərdə mənlə ƏZBƏR oxuyursunuz artıq. Lakin, youtubda yoxdur.... Sizin hamınızı incitdim, üzdüm, xəbərdaram. Hamınızdan üzr istəməliyəm... Amma, mən özüm hər birinizdən üzgün və əsəbiyəm bu məsələyə. Xahiş edirəm bir az daha gözləyəsiniz.... Çünki, Gec olsun, amma olsun deyərək, ötən həftə üz tutdum Vasif Muradbayliyə. Vasiflə uçduq Macarıstana və 4 gün boyunca Budapeştdə, ləzzətli görüntülərlə, bir video çəkdik. Bu dəfə, dəqiqdir... 01 İYUL 2019 / "Murad Arif Youtube kanalında" #mənəsənlazimsan!"
7NEWS.az








