RU
11:20
277

"Nə qədər cahil millətimiz var" - Şəbnəm - FOTO

"Hüseynova bacıları" verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu ona irad bildirən izləyicisinə sərt cavab verib.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İnstaqramda verilişdəki situasiyanı ona xatırladan istifadəçinin "özünüzü biabır etməyin, ayıbdır" sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:

"Gör sənin kimi nə qədər cahil millətimiz var. Bu, səhnəarxası bir zarafat idi. Amma yaxşı ki, saytlar sizin kimi cahillərin başına torba hörüb hər şeyə inandırır".

 

Xatırladaq ki, ARB TV-də yayımlanan verilişdə müğənni Avropa ölkələrini tanımamış, Amerikanı Avropanın paytaxtı adlandırmışdı.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ