
Məsələ ilə bağlı əməkdar artist Baloğlan Əşrəfov telefon ilə canlı yayıma bağlanıb. O, yarım əsrdən çox yaşı olan sözügedən mahnıların illərdir doğru-düzgün təqdim edilmədiyindən şikayətlənib:
""Araz axar qıyqacı" mahnısı ilə bağlı dediniz. Vaxtı ilə o mahnını oxuyan çox böyük sənətkarlarımızdan hansı biri isə onu səhv oxuyub. O da efirə belə gedib, hamı da onu elə qəbul edib. Amma, əslində, bu, bizim ədəbiyyatda belə deyil. Düzü belədir: "Araz axar qıyqacı, Budur gəlir cüt bacı. Biri mənim öz yarım, biri onun dilmacı".
Sonra "Bağa girdim üzümə mahnısı"nı da səhv oxuyublar. Bunu əməkdar, xalq artistlərimiz oxuyub, amma səhv oxuyublar. Bu da "Bədii Şura"nın gözündən qaçıb. O mahnı elə deyil, belədir: "Bağa girdim üzümə, tikan batdı dizimə. İstədim ki, gizlənim, yar sataşdı gözümə". O yardan gizlənmək istəyib. Vaxtı ilə bu mahnıları böyük sənətkarlarımız oxuyub. Onlara da bunu rişxənd edən olmayıb".
7News.Az








