RU
Tələbəsindən xalq artistinə SEVGİ MƏKTUBU:
17:00
658

Tələbəsindən xalq artistinə SEVGİ MƏKTUBU: "Həmin xanıma dedim ki..."

Xalq artisti Rafael Dadaşov ona edilən sevgi etiraflarından danışıb. 

7News.Az xəbər verir ki, bugün Atv-də yayımlanan "Şou Atv" proqramının qonaqlarından biri, xalq artisti Rafael Dadaşov olub. Aparıcı Nanə Ağamalıyevanın aktyorun gənclik illərində, ona edilən sevgi etirafları barədə sual ünvanlayıb. 
Elə bir Sevgi etirafı olubmu ki, o hələ də sizin yadınızda qalsın? 

Məşhur aktyor belə etirafların bu gün də gəldiyini qeyd edib: 

" Belə etiraflar çox olub. Sevgilər müxtəlifdir. Lakin qadın sevgisi tam başqa birşeydir. O vaxtlar çox görüşlərdə olardıq. Belə görüşlərin birində tələbənin biri mənə anonim məktub yolladı. Yazılmışdı ki, mən sizi sevirəm. Dərdinizdən dəli-divanəyəm. Mənə məsləhət verin ki, nə edim? 

Tələbələrdən kimin yazdığını bilmirdim. Mən auditoriyaya üzümü tutub həmin xanıma dedim ki, Fərhad sevgidən qayalar yarıb, Məcnun sevgidən çölləri aşıb və s. Sevgi insanı yaşadır, onu xariqələr, möcüzələr yaratmağa vadar edir.

Sevən adam sənətkarlaşır. Oxumayan da oxumaq istəyir. Madam ki, siz məni sevirsiniz o zaman sevin məni və yaradın".

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ