
-Dilarə kişilərdə ən çox nəyə üstünlük verir?
Hündürboy kişi arzulayanda, qismətinə balacaboy kişilər düşür. Ona görə xüsusi bir gözləntim yoxdur. Kişidə gözəlliyi də sevmirəm. Əsas içimdə ona qarşı müsbət enerji olsun.

-Bakıda məktəbli Elinanın intiharına biganə yanaşmayan məşhurlardan biri də sən oldun. Amma məşhurlarımız birlik nümayiş etdirmədilər. Səncə, bunun səbəbi nədir?
Müxtəlif səbəblər ola bilər. Hər kəs düşündüyünü dilə gətirir. Mən xəbəri eşidəndə dəliyə dönmüşdüm. Bir həftə özümə gələ bilmədim. Hələ indi də cinayət işinin yekunlaşmasını və nəticənin açıqlanmasını gözləyirəm.
-Bu hadisədən sonra sosial şəbəkələrdə rus bölməsində təhsil alan şagirdlər tənqid olundu. Sən də rus dilində təhsil almısan. Səncə, Rus dilində təhsil alanlar Azərbaycan dilində təhsil alanlardan daha sərbəstdi?
Bu fikiri kim deyib bilmirəm, amma səhv fikirdi. Bizi niyə bölmələrə ayırırlar axı? Biz hamımız azərbaycanlıyıq.

-Dilarəyə xəyanət edilsə, necə reaksiya verər?
Bu sualın cavabını hələ özüm də tapa bilməmişəm. O anla qarşılaşanda ya özümü sakit tutacam, ya da evdə heç nə qalmayacaq, ya da tutub onu cıracam. Bilmirəm, bəlkə də deyəcəm ki, gedin xoşbəxt olun. Vəfalı olmaq insanın öz seçimidir.

-35 yaşın tamam oldu. Bu yaşa kimi ən böyük arzun nə olub?
Böyük bir stadionda konsertimin olmasın istəyirəm. On mindən çox tamaşaçı qarşısında çıxış etmək mənim ən böyük arzumdu.
-Həmkarlarının geyim tərzini bəyənirsən?
Heç kəsin xətrinə dəymək istəmirəm. Bəyəndiklərim də var, bəyənmədiklərim də. Amma onların bəzilərinə demək istəyirəm ki, qadınlığınızı göstərin.Yaxşı geyinmək, qadınlığını göstərmək anlamına gəlmir.
-Toylara az-az gedirsiz. Maraqlıdır, qazancınız haradandır?
Toylara az gedirəm. Daha çox tədbirlərdə oluram. Ordan qazanc əldə edirəm. Sponsorlarla birgə işləyirik. Sponsor deyəndə oxucular qoy normal şeylər fikirləşsinlər. Söhbət normal sponsordan gedir.
- Dilarə, son zamanlar mahnıları trend olan müğənnilərdən kimləri tanıyirsan?
Damla, Səbnəm tovuzlu, Nigar Şabanovaı tanıyıram.
-Bəs Türkan Vəlizadə?
Türkan kimdir ki, mən o adda müğənni tanımıram.








