Müəllim internatdan oğlan uşaqlarını himayəyə götürərək, onlara qarşı cinsi xarakterli zorakılıqlar edəndən sonra geri qaytarırmış. Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhər İdarəsinin saytında məlumat yayılıb.
Hadisə elə Moskvada baş verib. Pedofil birinci dəfə 2016-cı ildə internatdan himayəsinə oğlan uşağı götürüb. 50 yaşlı "himayədar” ona qarşı cinsi xarakterli zorakılıqlar edəndən sonra geri qaytarıb. Bir qədər sonra elə həmin internatdan başqa bir oğlan uşağı götürüb. Ona qarşı da eyni cür davranıb.
O, artıq həbs olunub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 132-ci (14 yaşına çatmayan şəxsə qarşı cinsi xarakterli zorakılıq hərəkətləri) maddəsilə ittiham olunur.
İstintaq Moskvada uşaqların himayəyə verilməsilə məşğul olan, onların saxlanma şəraitinə nəzarət edən orqanlarla bağlı da araşdırma aparır.
Bu müəllimin hərəkətləri şagirdlərindən birinin anasının hüquq-mühafizə orqanlarına şikayətindən sonra üzə çıxıb. O, həmin qadının oğluna öz evində əlavə dərs keçirmiş. Bu uşağa qarşı da eyni şəkildə davranıb. Uşaq baş verənləri anasına danışandan sonra qadın şikayət edib./Bizimyol.info








