RU
17:50
453

"50 ildə birinci dəfədir ki..." - Nazpəri

Xalq artisti Nazpəri Dostəliyeva "Zaurla Günaydın" verilişinin qonağı olub. 

7News.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni son günlər səhhətində problem yarandığını söyləyib. Dostəliyeva bildirib ki, virus qapıb:

"Sənətkarın xəstələnməyə ixtiyarı yoxdur. Nəvələrimin, uşaqların yükü çiynimdədir. Kərim nəvəm xəstələnmişdi, dedim ki, sənə gələn mənə gəlsin. Səhər o sağalıb, bağçaya getdi, mən də xəstələndim.

Nə dərman lazımdır hamısını etmişəm. 50 ildə birinci dəfədir ki, mən xəstələnirəm. Heç vaxt qrip olmamışam".
 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ