"Aqşin "Maşın"da simasını itirdi"

Ötən gün "Maşın” realiti şousunda media günü keçirilib.

7News.Az xəbər verir ki, iştirakçılar jurnalistlərin suallarını cavablandırıb.

Müğənni Ramal İsrafilov "Sizcə, burada simasını kim itirdi” sualına belə cavab verib:

"Aqşin burada simasını itirdi. O, çox kinli insandır. Durur, guya ki, ağıllıdır. Nə ağlı var, nə də bir şeyi. O qızdan söz ona aparır, bu qızdan söz buna gətirir. Onu belə tanıdıq - Ondan buna söz aparan kimi.... Gedəndə də, salam verdim, üzünü çevirdi. Belə insan olmaz”.
 

7News.Az

Xəbər lenti