Bir neçə gündür xalq artisti Flora Kərimovanın səhhətinin pis olması ilə bağlı məlumatlar yayılıb.
7News.Az axşam.az-a istinadən bildirir ki, , müğənni "Şou news"a açıqlamasında bildirib ki, çoxları onun ölümünü arzulayır:
"78 yaşım var, mənim qazancımdır. Mənim arxamca danışan, ölümümü istəyən, arzulayanlar, demirəm istəyinə çatmayacaq. Allahın qismətidir. Mənim qədər yaşasınlar. Mənə olan rəğbəti, məhəbbəti, münasibəti qazansınlar, sonra nəsə arzu etsinlər".
7News.Az










