Aygün Kazımova Rəsulla sevgili olma xəbərindən danışdı: "O mənim həyatıma..."
7News.Az xəbər verir ki, ötən gün xalq artisti Aygün Kazımova və Rəsul Əfəndiyev Atv-nin efirində yayımlanan "Zaurla Günaydın" verilişinin qonağı olub. Divanın duet ortağı Rəsulun proqrama Aygün Kazımovanın geyiminə uyumlu geyinməsi divanın diqqətindən yayınmayıb:
"Fikir verirsizsə Rəsulla geyimimiz necə uyumludur. Yəni bu duet ortağıyıq belədə olmalıdır. Deyirlər həyatda heçnə elə belə olmur. Daha 100 faiz anladım ki, biz boşuna Rəsulla duet oxumamışıq. Bir sözlə Rəsul mənim həyatımda boşuna peyda olmayıb".
Bundan sonra aparıcı Günay Baxışəliyeva duet ortaqları haqqında çıxan şaiyələrdən söz açaraq: "Yeri gəlmişkən bir ara çox yazılar çıxdı, Aygün xanımla Rəsul haqqında.... Nələr yazıldı, nələr deyildi..."
Xalq artisti isə cavab olaraq yazılanları Rəsula özü yolladığını bildirib:
"Mən gecə yazıları görəndə linkləri Rəsula atdım ki, yazılanlara baxsın. Rəsul da dedi ki, Aygün xanım bəlkə bu yazılanları doğru edək? Dedim Rəsul, çaşma Rəsul"
Rəsul Abbasov isə Aygün xanımın sözünə gülərək reaksiya verib: "Bu söhbətlər danışılanda gecə saat 2-nin yarısı idi. Dedim artıq yazılan yazılıb, elə gəlin bunu gerçək edək"