"Xəzər” TV-də yayımlanan "Anamın yeməyindən yoxdur” proqramının aparıcısı Ağakərim Əbülfəzoğlu ata olmağa hazırlaşır.
7News.Az-ın əldə etdiyi məlumata görə, mayda onun qız övladı dünyaya gələcək.
Qeyd edək ki, Ağakərim ötən ilin iyununda iş yoldaşı Gülnarə Məmmədova ilə ailə qurub. O, sevgilisinə canlı yayımda evlilik təklif etməsi ilə yadda qalmışdı.
7News.Az








