RU
Azərbaycanlı qadın müğənnini atasının məzarına buraxmadılar - Yas mərasiminə də qoymadılar - FOTO
12:00
949

Azərbaycanlı qadın müğənnini atasının məzarına buraxmadılar - Yas mərasiminə də qoymadılar - FOTO

Uşaq evində böyüyən tanınmış müğənni Bahar Lətifqızı ailəsi ilə bağlı "Hər şey daxil"də ilginc etiraflar edib.

 Müğənni əsli-kökünü, kimin nəslindən olduğunu öyrəndiyini bildirib. 

Bahar ürəyində qalan arzusunu da proqramda dilə gətirib:

"Mən arzulayırdım ki, uşaq evindən çıxacam. Atamı tapıb anamla barışdıracam. Mənim arzum bu idi. Çox təəssüf ki, çıxandan 1 il sonra atam rəhmətə getdi və onun qəbrinin üstünə də qoymadılar məni, yas mərasiminə də qoymadılar. Səbəbləri var. Amma şükür bu günə. Mən indi bilirəm mən kiməm. Ən azından əslimi-kökümü tanıdım. Arxivi araşdırdılar, arxivdən tapdırdıq".

Qeyd edək ki, 15 yaşına qədər uşaq evində böyüyən Bahar atasını sonuncu dəfə 5 yaşında görüb. Onun atasının məzarını həmkarı Manaf Ağayev tapıb. O, Beyləqanda dəfn edilib.
Azərbaycanlı qadın müğənnini atasının məzarına buraxmadılar - Yas mərasiminə də qoymadılar - FOTO
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ