7News.az xəbər verir ki, Cənubi Afrikada 32 yaşlı bir kişi, barda tanış olduğu 26 yaşlı iki qadının dəvəti ilə getdiyi evdə cinsi zorakılığa məruz qaldığını iddia edib. Kişinin sözlərinə görə, qadınlar onu zorla soyundurublar. O, evdən qaçmağı bacarıb və ev sahibinin köməyi ilə polisə müraciət edib. Şikayətdən sonra həmin iki qadın nəzarət altına alınıb, polis isə hadisə barədə məlumat verdiyi üçün kişini cəsarətinə görə təqdir edib.








