RU
13:10
483

"Evlənəcəyim bəyin hansı ölkədən olması mənim üçün önəmli deyil" - Aysel

Tanınmış müğənni Aysel Əlizadə evlənmək istədiyini bildirib. 

Müğənni azxeber.com-a açıqlamasında ailə quracağı bəy haqda danışıb. 

O deyib ki, ailə quran zaman qəlbini dinləyəcək: "Hər bir şeyin vaxtı var, indi də evlilik zamanıdır. Hər zaman mənə evlilik təklifi edən namizədlər olub. Tez-tez Türkiyədə oluram, evlənəcəyim bəyin hansı ölkədən olması mənim üçün önəmli deyil. Ən əsası o insanın xasiyyəti və enerjisi mənə xoş olsun. Enerji deyəndə yəni o insanla uzaqdan baxanda belə ruharımız bir-birindən o enerjini alsın. Ailə həyatı quranda qəlbimin səsinə qulaq asacam".
 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ