Müğənni Firuzə İbadova Xəzər televiziyasında yayımlanan və Zaur Nəbioğlunun aparıcılıq etdiyi "Olduğu kimi" verlişində qızı barəsində yalnış məlumat yazan saytlardan danışıb.
7News.Az xəbər verir ki, müğənni bildirib ki, məni keçən ildən narahat edən bir məsələ var. Saytlar qızımın şəkilini verib yazırlar ki, hicabını açıb Avropaya getdi. Mənim qızım hicablı deyil. O, sadəcə ziyarətə gedərkən hicab bağlayır. Biz ziyarətə gedəndə qızım niyyət etdik ki, 1 ay bağlayacaq. Mənim bir bacım qızı var o, 16 ildir ki, hicab taxır. Mənim qızım ziyarətə getmədən öncə hicab geyinir. Gələndən sonra 40 gün hicabda qaldı. Həmin vaxtda mən qızımla konsertə getdim. Bir jurnalist qızımın şəkilini çəkib, sayta yerləşdirdi. 1 həftə öncə də o şəkili verib yazırlar ki, Firuzənin qızı hicabını açıb Avropaya getdi. Xahiş edirəm ana ürəyinə dəyməyin. Qızımın ziyarət etdiyi Məkkə və Kərbaladan istəmişəm o, xəbəri yazana cavabı elə Allah özü versin".
7News.Az