RU
16:30
351

"Gərək məni döyüb qabağınızda əyəsiniz, ona da sizin ..." - Tolikdən SƏRT SÖZLƏR - FOTO

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) şou-biznes nümayəndələrinə "Hər şey daxil"in canlı efirindən növbəti xəbərdarlığını edib.

7News.Az xəbər verir ki, Tolik kimliyindən, titulundan asılı olmayaraq istənilən məşhur simaya istədiyi kimi davrandığını bəyan edib.

Aparıcı heç kimdən qorxmadığını bu sərt ifadələrlə şou əhlinə çatdırıb:

 

"Mən heç kimdən asılı deyiləm. Heç kimin qabağında nə başım aşağıdır, nə də dilim gödəkdir. Mənə heç fərq etməz xalq artisti, əməkdar artist, şöhrət ordenli, mənimlə danışar, danışmaz. Mən belə şeylərə fikir vermərəm və heç kimin qabağında əyilmərəm, Allahdan başqa. Ya gərək məni döyüb əyəsiniz qabağınızda, ona da sizin gücünüz çatmayacaq. Sonrası var bunun ... Biraz "xodunuzu" azaldın. Mənim sizə ehtiyacım yoxdur. Amma sizin bugün mənə ehtiyacınız var. Burada aparıcı olmaqdan da əlavə, prodüser kimi də". 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ