RU
Hamı Xatunun bədən quruluşundan danışır - VİDEO
16:40
689

Hamı Xatunun bədən quruluşundan danışır - VİDEO

Müğənni Xatun təqdim etdiyi "Buz” klipindəki görüntülərin plagiat olmasından söz açıb.

Axşam.az-a danışan ifaçı hər şeydən xəbərsiz olduğunu deyib:

"Klipi mən çəkməmişəm. Oradakı ideyalar rejissor Nail Naiboğlunun idi. Gör-götür dünyasıdır. Mənim heç nədən xəbərim yox idi”.

Sənətçi son günlər sosial mediada müzakirə olunan omba görüntüsündən də danışıb:

"Müğənninin hər şeyindən danışılmalıdır. Mənə yazılan şərhlər çox ləzzətli idi. Bilməzdim ki, bu qədər maraqlıyam. İstədiyimiz vaxt gündəm ola bilərik. Hərdən bilmədən belə gündəm oluruq. Qadın müəyyən yaşdan sonra bədən quruluşuna diqqət etməlidir. Elə şeylər də var ki, pəhrizlə düzəlmir. Əməliyyat mütləqdir. Mən də kontur-plastika əməliyyatı keçirmişəm. Bu, sadəcə, idmana vaxtımın olmamağından irəli gəlib”.


 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ