Amerikada fəaliyyət göstərən kosmetika firmasının sahibi, 21 yaşlı model Kayli Cenner "dünyanın ən gənc milyarderi” ünvanının sahibi olub.
Bu barədə "Forbes” jurnalı informasiya yayıb.
Xəbərə görə, Cennerin sərvətinin miqdarı 1 milyard dollara çatıb.

"Facebook”un qurucusu Mark Zukerberqin ünvanını əlindən alan Kayli, eyni zamanda, öz sərvətini özü yaradan ən gənc insan ünvanının da sahibi olub.
Qeyd edək ki, gənc model 2015-ci ilə öz kosmetika firmasını qurmuşdu./publika
7News.Az








