Mənim ən gözəl tərbiyəçim Xalid Quliyev oldu.
Bunu "Şou ATV"də Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşından danışan əməkdar artist Aybəniz Haşımova deyib.
Xanım sənətçinin "Mən vətəni əvvəl də sevmişəm, sonra da sevmişəm. Amma Xaliddən sonra mən vətəni dərk edərək sevmişəm" ifadələri studiyada əyləşən hər kəsi kövrəldib:
"Çox qısa bir həyat yaşadıq onunla. Amma mənə bir ömürə bərabər dərs verdi. Ona bu verdiyi tərbiyəyə görə ömür boyu borcluyam".
Əməkdar artist fikirlərinin sonunda "Düzdür, mən hünərlənib hərdən danışıram. Amma könlümün dərinliyinə gedəndə bir azərbaycanlı qızıyam, bir azərbaycanlı anasıyam. Əlbəttə ki, mənim içimdən baş kəsmək gəlmir, əlbəttə, mənim içimdən adam öldürmək gəlmir. Amma lazım olsa, mən vətənim üçün düşmənə ən ağır cəzanı verə bilərəm" ifadələrinə xüsusi yer verib.
Aybəniz Haşımovanın mövzuyla bağlı daha geniş açıqlaması videoda:

7News.Az