RU
Müğənniyə şərt qoyuldu - Nazirlərin ad günündə oxumalıdır
15:50
444

Müğənniyə şərt qoyuldu - Nazirlərin ad günündə oxumalıdır

Müğənni Maruv Ukrayna ictimai televiziyasının (STV) ona təklif etdiyi müqavilə şərtlərini açıqlayıb.O, kanalın sözügedən qaydalarına əməl etmədiyi üçün "Eurovision”dan imtina etdiyini bildirib.

Müqavilədə qeyd olunub:

- Maruv "Eurovision”a qədər kanalın təsdiq etmədiyi heç bir tədbirdə səhnəyə çıxmayacaq. Amma TV-nin istədiyi yığıncaqlardan da imtina edə bilməyəcək ( Məsələn, Maruv kanalın istəyi ilə hansısa nazirin ad günündə məcburi şəkildə mahnı oxuyacaq). 

- Müsabiqə mahnısı olan "Siren Songu”n müəllifi olduğu Rusiya şirkəti ilə müqaviləyə xitam veriləcək, bütün işlərlə ukraynalılar məşğul olacaq.

- "Eurovision” KİV-lərinə ictimai kanalla bağlı heç bir açıqlama verməyəcək. 

- Maruv Təl-Əvivə yanında 10 nəfər apara biləcək və bütün xərcləri özü ödəyəcək. Viza məsələrini belə Maruv həll edəcək. 

- Sənətçi qaydalara riayət etmədiyi təqdirdə 65 min qriven miqdarında cərimənələcək. 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ