RU
Neymar hamilə arvadına Vinisiusun keçmiş sevgilisi ilə xəyanət edib
15:10
21

Neymar hamilə arvadına Vinisiusun keçmiş sevgilisi ilə xəyanət edib

Həyat yoldaşı Bruna Biyankardi üçüncü övladına hamilə olduğu vaxt Braziliya millisinin və "Santos"un futbolçusu Neymarın başqa qadınla yaxınlıq etdiyi iddia olunur.

Bu barədə Braziliyanın "Metropoles" portalının jurnalisti Fabia Oliveira məlumat yayıb.

Məlumata görə, Neymar noyabrın 6-da San-Pauluda təşkil olunan qapalı məclisdə "Real Madrid"in futbolçusu Vinisius Juniorun keçmiş sevgilisi Virciniya Fonseka ilə görüşüb.

Telefonlardan istifadənin qadağan olunduğu tədbirdə ikilinin yaxın davranışları diqqət çəkib. İddia olunur ki, Virciniya gecə boyunca Neymarın qucağında rəqs edib. Məclisdə iştirak edən şəxslərin sözlərinə görə, futbolçu ona "Vivibora" ləqəbi ilə müraciət edib.

Qeyd edək ki, Neymarın həyat yoldaşı Bruna Biyankardi üçüncü övladına hamilədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ