7News.az xəbər verir ki, Hindistanda bir ailənin oteldəki yeməkdə siçovul tapdığını iddia etməsi ilə başlayan hadisə gözlənilməz bir məcraya yönəlib. Hadisəni əks etdirən görüntülərin yayılmasından sonra restoranın fəaliyyətinə müvəqqəti qadağa qoyulsa da, otel sahibi iki bacının ondan pul tələb etdiyini bildirərək polisə müraciət edib. İddiaya görə, müəssisə rəhbəri ödəniş etdikdən sonra belə, pul tələbləri davam edib. Polis həmin iki bacı barəsində şantaj və hədə-qorxu ilə pul tələb etmə ittihamları əsasında araşdırmaya başlayıb.








