"Son zamanlar "söyüş müxalifəti”nin aktivləşməsi, xüsusən AXCP mənsubiyyəti daşıyan və Avropada gizlənən radikalların birdən - birə göbələk kimi yenidən ortalığa çıxması, qəfildən sosial şəbəkələrdə peydahlanması elə - belə məsələ deyil. Bu, xaricdəki xüsusi xidmət orqanlarının tapşırığıdır, anti - Azərbaycan qüvvələrinin təlimatıdır, bəlli dairələrin tezisləri əsasında sərgilənən icraatdır. Yoxsa tural sadıqlı, mehman hüseynov, məhəmməd mirzəli, natiq adilov, qənimət zahid kimi yaramazlar bu qədər koordinasiyalı və sinxron şəkildə, üstəlik tutuquşu formasında bir - birinin dediklərini təkrarlamazdılar. - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.
"Sadəcə məsələ burasındadır ki, belə naqislər, belə namərdlər danışdıqca özlərini daha da batırırlar və batırmağa da davam edəcəklər. Niyə? Çünki xainlik, binamusluq onların alnına yazılıb. Çünki səviyyəsizdirlər, ikrah doğurandırlar, gədəliyin zirvəsidirlər. Və nəhayət: Çünki adı çəkilən şəxslər siyasətçi və jurnalist deyillər, onlar xalq və vətən düşmənləridirlər.” - deyə Partiya sədri fikirlərinə davam edib.








