Xalq artisti Firəngiz Mütəllimovanın adından "Facebook"da saxta profil yaradılıb.
7News.Az-ın məlumatına görə, aktrisa bu haqda özü xəbər yayıb. O bildirib ki, sosial şəbəkədə yalnız İnstaqram işlədir. Mütəllimova izləyicilərinə müraciət ünvanlayaraq, səhifəsinin şikayət edilməsini istəyib:
"Facebook"da yoxam. Kimlərsə mənim adımdan profil açıb. Sizi aldadırlar, inanmayın".
7News.Az