6 yaşlı uşağın ölümünü gizlədən alim vəzifəsindən kənarlaşdırılıb
7News.az xəbər verir ki, Çində gen redaktəsi üzrə eksperimental müalicə zamanı 6 yaşlı uşağın ölümünü gizlətdiyi müəyyən edilən neyroalim Zilong Qiu, aparılan rəsmi araşdırmadan sonra tutduğu vəzifədən uzaqlaşdırılıb. Dövlət mediasının məlumatına görə, alimin həmçinin beş il müddətinə hər hansı elmi layihədə iştirak etməsi qadağan olunub.